• 18 Avqust 2022
logo
"Honda" 2022-ci ildə Rusiyaya avtomobil tədarükünü dayandıracaq

"Honda" 2022-ci ildə Rusiyaya avtomobil tədarükünü dayandıracaq

"Honda Motor Rus" şirkəti 2022-ci il ərzində Rusiyadakı rəsmi dilerlərə yeni avtomobil tədarükünü dayandıracağını bildirib.

"APA-Economics"in "Prime"a istinadən verdiyi məlumata görə, "Honda Motor Co"nun törəmə şirkəti olan "Honda Motor Rus" MMC 2022-ci il ərzində Rusiyadakı rəsmi dilerlərə yeni avtomobillərin tədarükü dayandıracaq.

Qərarın "Honda Motor"un qlobal avtomobil sənayesində davam edən dəyişikliklər fonunda əməliyyatların yenidən qurulmasına yönəlmiş avtomobil biznesinin inkişaf strategiyası tərəfindən diktə edildiyi qeyd olunur

Buna baxmayaraq, şirkət Rusiyanın motosiklet və güc avadanlığı bazarındakı mövcudluğunu qoruyacaq, həmçinin avtomobillərə texniki xidmətin göstərilməsini davam etdirəcək.