• 25 Aprel 2024
logo
Ağır qəzada 3 nəfər diri-diri yandı

Ağır qəzada 3 nəfər diri-diri yandı

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində Yasuc-Çinarestan yolunda ağır avtomobil qəzası baş verib.
Trend-in məlumatına görə, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin təcili yardım idarəsinin rəhbəri Möhsün Cəlil deyib.
M.Cəlilin sözlərinə görə, “Peugeot 206” avtomobilinin “Pride” markalı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobildə 3 nəfər yanaraq həlak olub.
İdarə rəsmisi əlavə edib ki, həmin avtomobilin 1 sərnişini, digər avtomobilin isə 2 sərnişini xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.