• 1 İyul 2025
logo
Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor idxalına icazə verə bilər

Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor idxalına icazə verə bilər

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") daha bir neçə pomidor tədarükçüləri olan Azərbaycan müəssisəsi üçün məhdudiyyətlərin ləğv edilməsi imkanlarını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşünün yekunları üzrə məlumatda deyilir.

Məlumatda bildirilir: "Rosselxoznadzor" Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumatlara və təminatlara əsaslanaraq Azərbaycanın 17 müəssisəsindən Rusiyaya pomidor tədarükünə icazə verib. Hazırda 2020-ci ildə karantin obyektlərinin aşkar edilmədiyi rayonlarda yerləşən bir sıra müəssisə üçün pomidor idxalı ilə bağlı məhdudiyyətlərin ləğvi imkanlarını nəzərdən keçirilir".