• 9 Avqust 2022
logo
İranda qar uçqununda ölənlərin sayı 12 nəfərə çatıb

İranda qar uçqununda ölənlərin sayı 12 nəfərə çatıb

İranda qar uçqununda ölənlərin sayı 12 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehranın şimalında bir neçə gün öncə baş vermiş qar uçqunu ilə bağlı xilasetmə işləri başa çatıb. Dövlət televiziyasının dekabrın 27-də bildirməsinə görə, qar çovğunundan sonra dörd ayrı uçqunda 12 nəfər həlak olub. İtkin düşdüyü bildirilən 14 nəfər isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən xilas edilib.

Axtarış- xilasetmə işləri üç gün çəkib, vertolyotlarla birlikdə 20 komanda işlərə cəlb olunub.