• 10 İyul 2025
logo
Ermənistanda müddətsiz oturaq aksiya elan olunub

Ermənistanda müddətsiz oturaq aksiya elan olunub

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən etirazçılar Ermənistan Baş Prokurorluğunun binasına doğru yürüş keçirib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, prokurorluğa yürüşdən sonra etirazçılar yenidən Nazirlər Kabinetinin binasına qayıdacaq və burada müddətsiz oturaq aksiya keçirəcəklər.

Qeyd edək ki, bugünkü aksiyalar zamanı Yerevanda 70-ə yaxın şəxs saxlanılıb.

Etirazçılarla polislər arasında toqquşmalar olub.