• 16 Avqust 2022
logo
Qazaxıstanda koronavirusa yoluxanların sayı 150 minə çatır

Qazaxıstanda koronavirusa yoluxanların sayı 150 minə çatır

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 754 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 149 462 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 135 063 nəfəri sağalıb, 2 196 nəfəri isə vəfat edib.