• 26 Aprel 2024
logo
Kəşmirdə güclü zəlzələ oldu

Kəşmirdə güclü zəlzələ oldu

Trend-in məlumatına görə, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi təkanların 4,9 bal gücündə olması barədə xəbər yayıb.
Məlumata görə, zəlzələnin episentri yerin 30 kilometr dərinliyində, Hindistanın Patxankot şəhərindən 88 kilometr məsafədə olub.
Zəlzələ Pakistanın paytaxtı İslamabadda, eləcə də ölkənin şimalında bir sıra şəhərlərdə hiss olunub.
Hadisə nəticəsində dağıntılar və insan tələfatı barədə hələlik məlumat verilmir.