• 16 Avqust 2022
logo
Moskvada koronavirusdan daha 77 nəfər ölüb

Moskvada koronavirusdan daha 77 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 77 nəfər ölüb.

Bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 77 xəstə dünyasını dəyişib".

Rusiya Federasiyasındakı COVID-19 virusuna ümumi yoluxma sayı 2 681 256, ölüm sayı isə 47 391 təşkil edib.