Yapon aviaşirkətləti şimal əyalətlərində və Yapon dənizi sahili boyunca bölgələrdə güclü qar yağmaları səbəbiylə ən az 54 daxili uçuşu təxirə saldı.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı NHK telekanalı məlumat verib.
Cədvəl dəyişiklikləri əsasən Osaka və Tokionu Hokkaydo adası və Honsyu adasının şimalındakı Akita və Aomori bölgələrini birləşdirən marşrutlara aiddir.
Yapon dənizi sahillərinə qar yağması 14-dən 15-ə keçən gecə başlayıb. Proqnozlara görə, dekabrın 16-sı səhərədək bir sıra əyalətlərdə 90 sm-ə qədər yağıntı olacaq. Honsyunun şimal-şərqində və Hokkaydoda bu rəqəm təxminən 60-70 sm olacaqdır.
Səlahiyyətli orqanlar sakinləri yol səthindəki buzlanma riski səbəbindən mümkün olduğu təqdirdə fərdi nəqliyyat vasitələri ilə səyahət etməkdən çəkinməyə çağırıb.