• 9 Avqust 2022
logo
Paşinyanın istefasını tələb edən etirazçılar hökumət binasının qarşısına toplaşıblar

Paşinyanın istefasını tələb edən etirazçılar hökumət binasının qarşısına toplaşıblar

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar hökumət binasının qarşısına toplaşıblar.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, hazırda binada Nazirlər Kabinetinin iclası keçirilir.

Hökumət binasının qarşısına polis əməkdaşları yerləşdirilib.

“Nikolsuz Ermənistan” şüarı səsləndirən etirazçılar Baş nazirin istefasını tələb edən plakatlar qaldırıblar.