• 4 İyul 2025
logo
Bayden müdafiə naziri vəzifəsinə öz namizədini açıqlayıb

Bayden müdafiə naziri vəzifəsinə öz namizədini açıqlayıb

ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlmiş Co Bayden istefada olan general Lloyd Ostini müdafiə naziri vəzifəsinə namizəd olaraq təqdim etməyi düşünür.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baydenin qərargahı məlumat yayıb.

L.Ostinin namizədliyinin Senat tərəfindən təsdiqlənəcəyi halda, o, Pentaqonun rəhbəri vəzifəsini icra edən ilk afroamerikalı olacaq.