• 15 Avqust 2022
logo
Bayden ABŞ-ın müdafiə naziri vəzifəsinə namizədini açıqlayacaq

Bayden ABŞ-ın müdafiə naziri vəzifəsinə namizədini açıqlayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden müdafiə naziri və gələcək administrasiyada digər vəzifələrə namizədlərini Milad bayramında əvvəl açıqlamağı planlaşdırır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə prezident seçkilərində qalib gələn demokrat C.Baydenin keçid komandasının saytında bildirilir.

Məlumatda deyilir: "Yeni seçilmiş prezident Baden Milad bayramından əvvəl yeni kabinet üzvlərini təyin edəcək. Müdafiə naziri vəzifəsinə namizəd və kabinetin iqtisadi blokunun üzvləri bu həftənin sonuna qədər açıqlanacaq".

"Reuters" agentliyi öz növbəsində bildirir ki, C.Bayden daha əvvəl jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Pentaqonun rəhbəri vəzifəsinə namizədini dekabrın 11-i açıqlamaq niyyətindədir.