• 20 Avqust 2022
logo
Yunanıstan Baş naziri Türkiyə-Yunanıstan gərginliyini Türkiyə-Aİ gərginliyinə çevirdiklərini etiraf edib

Yunanıstan Baş naziri Türkiyə-Yunanıstan gərginliyini Türkiyə-Aİ gərginliyinə çevirdiklərini etiraf edib

“Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi Türkiyə-Avropa İttifaqı gərginliyinə çevirməyi bacardıq”.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yunanıstanın Baş naziri Kiryakos Miçotakis yerli televiziya proqramında Şərqi Aralıq dənizi və dekabrın 10-11-də keçiriləcək Avropa İttifaqı Liderlər Zirvəsi haqqında danışarkən bunu etiraf edib.

K.Miçotakis Yunanıstanın Aİ tərəfindən Türkiyəyə sanksiya tətbiq edilməsi məsələsini dəstəklədiyini bildirib.