• 11 Avqust 2022
logo
İranda sutka ərzində 10 mindən çox şəxs koronavirusa yoluxub, 284 nəfər ölüb

İranda sutka ərzində 10 mindən çox şəxs koronavirusa yoluxub, 284 nəfər ölüb

İranda ötən sutka ərzində 10 827 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 051 374 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 796 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 284 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 50 594 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 742 955 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 6,43 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 64 rayonun qırmızı, 278 rayonun narıncı və 106 rayonun sarı zona olduğunu deyib.