• 12 Avqust 2022
logo
Xameneinin ölümü haqda məlumat şayiədir - İran rəsmisi

Xameneinin ölümü haqda məlumat şayiədir - İran rəsmisi

İranın Ali lideri Ayətulla Seyid Əli Xameneinin sağlamlığı ilə əlaqədar yayılan məlumat şayiədir.

Trend-in məlumatına görə, bunu İranın Ali liderinin Əsərləri Nəşriyyatının rəsmisi Mehdi Fəzaili öz Twitter səhifəsində yazıb.

M.Fəzailinin sözlərinə görə, İranın Ali lideri sağlamdır və proqram üzrə öz işlərini həyata keçirməklə məşğuldur.

Qeyd edək ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində İranın Ali Liderinin ölümü ilə əlaqədar məlumatlar yayılıb.

Xatırladaq ki, İranın Ali lideri Ayətullah Seyid Əli Hüseyni Xamenei 19 aprel 1939-cu ildə İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Məşhəd şəhərində anadan olub. 1981-89-cu illərdə İranın prezidenti olub, 1989-cu ildən isə Ali lideridir.