• 24 Aprel 2024
logo
Rusiyada bir gündə 589 nəfər koronavirusdan öldü

Rusiyada bir gündə 589 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxanların sayı 2,34 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 25 345 nəfər virusa yoluxub, 589 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 347 401 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 41 053 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 830 349 nəfər virusdan sağalıb, 475 999 nəfərin müalicəsi isə davam edir.