• 27 Aprel 2024
logo
Rusiya Federasiya Şurasının sədri özünütəcrid rejiminə keçib

Rusiya Federasiya Şurasının sədri özünütəcrid rejiminə keçib

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko koronavirusa yoluxmuş şəxslə təmasda olduğuna görə karantinə alınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Federasiya Şurasının vitse-spikeri Andrey Yatskin bildirib.

Onun sözlərinə görə, Valentina Matviyenko özünütəcrid rejiminə keçib: “Federasiya Şurasının spikeri məsafəli rejimdə işləməyə davam edir”.