• 20 Aprel 2024
logo
Xorvatiyanın baş naziri koronavirusa yoluxdu

Xorvatiyanın baş naziri koronavirusa yoluxdu

Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinətinin mətbuat katibi Marko Miliç bildirib.

Mətbuat katibinin sözlərinə görə, baş nazir özünü yaxşı hiss edir və evdə təcrid olunaraq və həkimlərin göstərişlərinə əməl edərək xidməti vəzifələrini yerinə yetirir.

Qeyd edək ki, Xorvatiya Nazirlər Kabinetinin başçısı həyat yoldaşında koronavirus aşkarlandığı üçün 29 noyabrdan etibarən məcburi 10 günlük təcrid vəziyyətindədir.