• 29 Mart 2024
logo
Çində ÜDM-in artım tempi gələn il 7,5%-dək sürətlənəcək

Çində ÜDM-in artım tempi gələn il 7,5%-dək sürətlənəcək

Çin Xalq Bankı 2021-ci ildə ölkədə ÜDM istehsalının sürətlənəcəyini və 7,5%-ə çatacağını proqnozlaşdırıb.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankının Tədqiqat İnstitutu tərəfindən dərc edilən hesabatda deyilir.

"Gələn il ÜDM-in artım tempi təxminən 7,5% olacaq. Makroiqtisadi baxımdan Çin aktiv maliyyə siyasətini davam etdirəcək, pul siyasəti isə daha çevik və dəqiq olacaq", - sənəddə bildirilir.

Rəsmi statistikaya görə, pandemiyaya baxmayaraq, yanvar-sentyabr aylarında Çində ÜDM-in artım sürəti 0,7% təşkil edib. Bu ilin III rübündə isə ÜDM-in artım tempi 4,9%-dək sürətlənib.

Qeyd edək ki, son bir neçə ildə Çində ÜDM-in artım tempi tədricən yavaşlayıb. Belə ki, 2017-ci ildə bu göstərici 6,8%, 2018-ci ildə 6,6%, 2019-cu ildə isə 6,1% təşkil edib.