• 16 Yanvar 2021
logo
Venesuela prezidenti sosial şəbəkədə özünün telefon nömrəsini paylaşdı

Venesuela prezidenti sosial şəbəkədə özünün telefon nömrəsini paylaşdı

Venesuela prezidenti Nikolas Maduro özünün telefon nömrəsini paylaşaraq, həmyerlilərindən onu mesencerlərdəki söhbətlərə əlavə etməyə çağırdı.

Trend-in "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, müvafiq məlumat N.Maduronun "Twitter" səhifəsində yerləşdirilib.

N.Maduro vurğulayıb ki, o, "Telegram" və "WhatsApp"da Venesuela ilə bağlı həqiqət uğrunda mübarizəyə qoşulur: "Bu mənim telefon nömrəmdir - 04262168871, məni öz qruplarınıza əlavə edin".