• 19 Mart 2024
logo
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 14 mini keçib

İranda sutka ərzində koronavirusa yoluxanların sayı 14 mini keçib

İranda ötən sutka ərzində 14 051 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 922 397 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 860 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 406 nəfər koronavirusdan ölüb.

Beləliklə İranda bu virusdan ölənlərin sayı 47 095 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 640 065 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 5,99 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.