• 19 Aprel 2024
logo
Rusiyada koronavirusa rekord sayda yoluxma qeydə alındı

Rusiyada koronavirusa rekord sayda yoluxma qeydə alındı

Rusiyada koronavirusa yoluxanların sayı 2,21 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 27 543 nəfər virusa yoluxub, 496 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 215 533 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 38 558 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 712 174 nəfər virusdan sağalıb, 464 801 nəfərin müalicəsi isə davam edir.