• 24 Yanvar 2021
logo
"Deutsche Bank" Rusiya bazarını tərk edə bilər

"Deutsche Bank" Rusiya bazarını tərk edə bilər

Amerikalı müşahidəçilər "Deutsche Bank"a Rusiya bazarından çıxmağı tövsiyə edib.

"APA-Economics"in məlumatına görə, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən "The Wall Street Journal" xəbər verir.

Məlumata görə, maliyyə təşkilatı bir sıra səhvlərə və ağır cərimələrə baxmayaraq Rusiyada biznesini genişləndirmək niyyətində idi. Lakin bu işə Nyu-York Dövlət Maliyyə Xidmətləri Departamenti tərəfindən təyin edilmiş kənar müşahidəçilər müdaxilə edib.

Onlar bankın əməliyyatlarını yaxşılaşdırmaq səylərinin riskə gedib rusiyalı müştərilərlə işləmək üçün yetərli olmadığını bəyan edib. Eyni zamanda, bunun yalnız bir tövsiyə olduğu və son sözün bankın rəhbərliyində qaldığı bildirilir.