• 26 Aprel 2024
logo
Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm sayında rekord qeydə alınıb

Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm sayında rekord qeydə alınıb

Rusiyada son sutka ərzində daha 25 487 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 187 990 nəfərə çatıb.

Son sutka ərzində 524 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 38 062 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.