• 19 Yanvar 2021
logo
İŞİD İraqda yenidən aktivləşib

İŞİD İraqda yenidən aktivləşib

İŞİD terror təşkilatı İraqda yenidən aktivləşib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın xarici İşlər naziri Fuad Hüseyn deyib.

“Çox təəssüf ki, İŞİD terror təşkilatı mövcuddur. İŞİD ötən aylarla müqayisədə daha da aktivləşib. Terrorçuların Ənbar, Kərkük və Diyala vilayətlərinin müəyyən bölgələrində və Neynəva əyalətinin bəzi rayonlarında yerləşdiyinə dair məlumatlarımız var. İŞİD-in həbsdə müxtəlif millətlərdən olan üzvləri var”, - deyə nazir vurğulayıb.