• 26 Aprel 2024
logo
Rusiyada terror aktlarının qarşısı alınıb

Rusiyada terror aktlarının qarşısı alınıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti keçirilən əməliyyat nəticəsində Moskva vilayətində terror aktlarının qarşısını alıb.

Trend-in məlumatına görə, Moskvada və qonşu vilayətlərdə İŞİD terror təşkilatının mənsublarına qarşı xüsusi əməliyyatlar keçirilib.

Əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb. Bundan başqa, müxtəlif mənzillərdən partlayıcı maddələr, sənədlər və təbliğat materialları ələ keçirilib.

Həmin şəxslərin Moskvada və ətraf bölgələrdə terror aktları keçirməyi planlaşdırdığı bildirilib.