• 26 Aprel 2024
logo
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək

Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək

Çinin Vençan kosmodromundan Aya “Çanye-5” missiyasını göndərilib.

Trend-in məlumatına görə, bu missiya 23 gün ərzində Aydan Yerə 2 kiloqram süxur parçaları gətirməlidir.

Sonuncu dəfə Aydan süxur 1970-ci illərdə ABŞ və SSRi missiyaları tərəfindən gətirilib.

Hazırda Ayın səthində Çinin “Çanye-3” və “Çanye-4” missiyaları müşahidə aparır.