• 29 Mart 2024
logo
Kuril sahilləri ardıcıl təkanlarla silkələndi

Kuril sahilləri ardıcıl təkanlarla silkələndi

Kuril sahillərində güclü zəlzələ olub. Rusiya Geofizika Xidmətinin Saxalin filialı təkanların 5,6 bal gücündə qeydə alındığını bildirib.
Zəlzələ yerin 83 kilometr dərinliyində baş verib.
Məlumata görə, ilk təkandan sonra 4,2 bal gücündə daha bir zəlzələ olub.
Zəlzələnin fəsadları barədə hələ ki məlumat yoxdur.