• 29 Mart 2024
logo
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var

Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var

Rusiyanın Başqırdıstan respublikasında sənaye partlayıcı maddələri istehsalı zavodunda partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə yanıq xəsarətləri alıb.

Partlayış Sterlitamak şəhərində “Avanqard” zavodunda qeydə alınıb. Bu zavod neft-qaz sahəsi üçün partlayıcı maddələr istehsal etməklə yanaşı, Rusiya Müdafiə Nazirliyi üçün də partlayıcılar buraxır. Bundan əlavə zavodda yaylım atəşli raket sistemlərinin sursatları məhv edilir.

Hadisə ilə bağlı araşdırma aparılır.