• 24 Aprel 2024
logo
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb

Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb

Parisdə Fransanın sabiq prezidenti Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb.

Eks-prezident korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Məhkəmə dinləmələrinin dekabrın 10-dək davam edəcəyi gözlənilir. İttihamların təsdiq olunacağı təqdirdə N.Sarkozi 10 il həbs cəzası və 1 milyon avro məbləğində cərimələnə bilər. Sabiq prezident bütün ittihamları təkzib edir.

N.Sarkozinin 2012-ci il prezident seçkiləri ərəfəsində kampaniyasının maliyyələşdirilməsi ilə bağlı daha bir məhkəmə prosesi 2021-ci ilin yazında başlamalıdır.