• 24 Aprel 2024
logo
BƏƏ-də yeni neft yataqları kəşf edilib

BƏƏ-də yeni neft yataqları kəşf edilib

BƏƏ Ali Neft Şurası (SPC) Əbu-Dabidə yeni qeyri-ənənəvi xam neft yataqlarının kəşf olunduğunu elan edib.

APA "Al Jazeera"ya istinadən xəbər verir ki, ilkin hesablamalara görə, yataqların həcmi 22 milyard bareldir.

"Ali Neft Şurası Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayed Əl-Nahyanla SPC sədrinin onlayn görüşü zamanı yeni kəşflər barədə açıqlama verdi", - məlumatda belə deyilir.