• 26 Aprel 2024
logo
Braziliyada koronavirusla bağlı son statistika açıqlanıb

Braziliyada koronavirusla bağlı son statistika açıqlanıb

Braziliyada son sutka ərzində daha 18 615 nəfərin koronavirus infeksiyasına yoluxması, 194 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 6 071 401 nəfər yoluxub. Bu müddət ərzində 169 183 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 432 505 xəstə müalicə olunaraq sağalıb.