• 26 Aprel 2024
logo
İranda 7 gəmi saxlanıldı

İranda 7 gəmi saxlanıldı

İran İslam İnqilabı Keşikçilər Korpusunun qüvvələri İranın cənubunda Hörmüzqan vilayəti sahillərində 7 gəmini saxlayıblar.
Trend-in məlumatına görə, bunu İranın İslam İnqilabı Keşikçilər Korpusunun Caskda yerləşən dəniz qoşunlarının komandanı Teymur Paydarə deyib.
T.Paydarənin sözlərinə görə, bu gəmilər sahillə olan məsafəni saxlamadıqları və qanunsuz şəkildə balıq ovladıqları üçün saxlanılıblar.
Məlumata görə, saxlanılan gəmilər 222 ton su canlısı ovalayıblar.
Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.