Ermənistanda koronavirusa yoluxanların sayı 121 979 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 520 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 31 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 1 870 nəfər koronavirusdan ölüb, 31 243 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.