Ərəb koalisiyası "Ənsar Allah" (husilər) hərəkatından olan üsyançılar tərəfindən Yəməndən atılan pilotsuz uçuş aparatını (PUA) dəf edərək məhv edib.
Bu barədə Ər-Riyadın başçılıq etdiyi alyansın sözçüsü polkovnik Turki əl-Maliki bildirib.
Onun sözlərinə görə, minalanmış uçuş aparatlarının hədəfləri Səudiyyə Ərəbistanındakı mülki obyektlər olub.