• 20 Sentyabr 2019
logo
add image
SOS! Nüvə müharibəsi qaçılmazdır, əgər...

SOS! Nüvə müharibəsi qaçılmazdır, əgər...

Nüvə zərbəsinin endirilməsi barədə qərarın qəbul edilməsi zamanı hərbçilər tərəfindən süni intellekt sisteminin istifadəsi ciddi təhlükə yaradır.
Bu barədə "Breaking Defense" nəşri ABŞ keçmiş müdafiə nazirini müavini Rober Uorka istinadən yazıb.
Onun sözlərinə görə, süni intellekt sistemləri nüvə silahına nəzarətdə iştirak etməməlidir, belə ki, onlar müəyyən parametr və göstəricilər əsasında fəaliyyət göstərir. Bəzi hallarda süni intellekt riskli olmayan bəzi faktorları da təhlükə kimi qəbul edə bilər ki, bu da ciddi fəsadlara yol aça bilər.