ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 9,5 milyon nəfəri ötüb.
Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ABŞ-da koronavirusa 9 516 790 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 234 011 nəfəri vəfat edib.
Bildirilri ki, ən çox yoluxma halları Texas (960 583), Kaliforniya (951 989), Florida (821 123) və Nyu-York (515 815) ştatlarında qeydə alınıb.