Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 67 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 7071-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 445 mindən çox insanda koronavirus aşkar olunub, ümumilikdə 326 min xəstə sağalıb.