• 29 Noyabr 2020
logo
Ermənistanda daha 29 nəfər koronavirusdan öldü

Ermənistanda daha 29 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 85 034 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 383 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 29 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 243 nəfər koronavirusdan ölüb, 30 505 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.