• 26 Aprel 2024
logo
Emre Belözoğlu "Fənərbağça"nın idman direktoru təyin olunub

Emre Belözoğlu "Fənərbağça"nın idman direktoru təyin olunub

Türkiyənin "Fənərbağça" futbol klubunun yeni idman direktoru müəyyənləşib.

Bu barədə klub prezidenti Ali Koç təşkil etdiyi mətbuat konfransında məlumat verib. O, İstanbul təmsilçisində idman direktoru vəzifəsini Emre Belözoğlunun yerinə yetirəcəyini bildirib.

Qeyd edək ki, E.Belözoğlu 2008-2012, 2013-2015 və 2019-2020-ci illərdə "sarı-lacivərt"lərdə çıxış edib.