• 20 Aprel 2024
logo
Avropa ölkələri arasında COVID-19-a yoluxma üzrə ən aşağı göstərici Estoniyada qeydə alınıb

Avropa ölkələri arasında COVID-19-a yoluxma üzrə ən aşağı göstərici Estoniyada qeydə alınıb

Avropanın “Helsingin Sanomat” qəzeti tərəfindən yayımlanan müqayisəli rəqəmlərə əsasən, hazırda koronavirus infeksiyasının yayılması üzrə ən aşağı temp Estoniya, Norveç, Finlandiya, Serbiya və Kosovoda müşahidə olunur.

Avropada COVID-19-a yoluxma üzrə ən yüksək göstəricilər Vatikan, Andorra, Belçika və Çexiyada müşahidə olunur.

Bu ölkələrdə son iki həftə ərzində 100 min nəfər əhalinin payına orta hesabla 1316-1888 yoluxma halı düşür.

Estoniya ilə qonşu olan ölkələrdə ümumi yoluxma göstəricisi Finlandiyada 51,4, Latviyada 106,5, İsveçdə 120,2, Rusiyada 145,2 və Litvada 149,2 hal təşkil edir.