• 26 Aprel 2024
logo
Fransada 30 oktyabrdan yenidən özünütəcrid rejimi tətbiq olunacaq

Fransada 30 oktyabrdan yenidən özünütəcrid rejimi tətbiq olunacaq

Fransada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar 30 oktyabrdan etibarən ölkədə özünütəcrid rejimi yenidən tətbiq olunur.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.

E.Makron bildirib: "Əvvəllər virusun qarşısını almağa kömək edən özünü təcrid etmə rejiminin cümə günündən etibarən bərpa olunacağına qərar verdim". Daha sonra bu tədbirin Fransanın "bütün ərazisində fəaliyyət göstərəcək" fikrinə aydınlıq gətirdi.