• 28 Mart 2024
logo
Meksikada itkin düşmüş 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkar olunub

Meksikada itkin düşmüş 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkar olunub

Hüquq-mühafizə orqanları Meksikanın Quanxuato ştatında Salvatiyerra bələdiyyəsində 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkarlayıb.

Trend-in məlumatına görə, bu barədə İtkin düşmüş şəxslərin axtarışı üzrə Milli Komissiyanın rəhbəri Karla Osuna mətbuat konfransında bildirib.

K.Osuna qeyd edib: "Gizli məzarlıqlarda 59 cəsəd tapdıq. Axtarışları davam edirik". Söhbət bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupların qurbanlarından gedir.