• 28 Mart 2024
logo
Gürcüstanda son sutkada 1 731 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb

Gürcüstanda son sutkada 1 731 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 731 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 33 858 nəfərə, ölənlərin sayı 253 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3 507 nəfər karantində saxlanılır. Koronavirusa yoluxanlardan 14 829 nəfərin sağaldığı bildirilir.