• 9 May 2024
logo
Leysan və dolu Madridi cənginə keçirib

Leysan və dolu Madridi cənginə keçirib

İspaniyanın paytaxtı qasırğaya təslim olub. Regiona yağışlar və güclü dolu yağıb. Təbiət hadisəsi nəticəsində yollar iflic vəziyyətinə düşüb, hava limanlarında reyslər təxirə salınıb.
BayMedia xarici KİV-lərə istinadla xəbər verir ki, Madrid metropoliteninin departamenti metronun bir neçə xəttinin fəaliyyətinin dayandırılması barədə elan edib. Daha çox Arqanda-del-Rey rayonu əziyyət çəkib. Orada güclü su axını parkinqdəki maşınları yuyub aparıb və binaları su basıb.
İspaniyanın Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, yayın sonunadək ölkədə yağışlar gözlənilir.