• 4 Dekabr 2020
logo
Moskvada son sutkada 62 koronaviruslu xəstə ölüb

Moskvada son sutkada 62 koronaviruslu xəstə ölüb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 62 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 6442-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 395 816 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 4455 nəfər təşkil edib. Ümumilikdə 290 524 xəstə sağalıb.