• 4 Dekabr 2020
logo
Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib

Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib

Venesuela alimləri koronavirus infeksiyasına qarşı mübarizədə dərman preparatı hazırlayıblar.

APA “TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə ölkə prezidenti Nikolas Maduro çıxış edib.

“Tədqiqat altı ay davam etdi və nəticələr sağlam molekullara toksik təsir göstərmədən COVID-19 virusunun 100% məhv edildiyini göstərir”, - Maduro belə deyib.

Onun sözlərinə görə, yaxın günlərdə ölkə Venesuela Elmi Tədqiqatlar İnstitutu tərəfindən aparılan işlərin nəticələrini Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edəcək: “ÜST tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu molekulun kütləvi istehsalı üçün beynəlxalq birliklər axtarmağa başlayacağıq”.