• 4 Dekabr 2020
logo
Bolqarıstanın baş naziri koronavirusa yoluxub

Bolqarıstanın baş naziri koronavirusa yoluxub

COVID-19 xəstəsi olan bir şəxslə təmasda olduğu üçün özünü təcrid edən Bolqarıstanın baş naziri Boyko Borisovun COVID-19 testi müsbət nəticə göstərib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş nazir özü bildirib.

“Regional tibbi yoxlama qurumunun mənim karantinimi ləğv etməsinə baxmayaraq, cümə günü bütün iclaslarımı və kütləvi tədbirlərimi önümüzdəki günlərədək təxirə saldım. İki koronavirus testindən sonra bu gün nəticəm müsbət oldu”, - deyə baş nazir rəsmi “Facebook” hesabında yazıb.

B.Borisov ümumilikdə “ümumi halsızlıq” hiss etdiyini və indi “evdə müalicə aldığını” qeyd edib.