Barselona polisi partlayıcı qurğu səbəbi ilə şəhər mərkəzinin yaxınlığındakı San-Sebastianın ən populyar çimərliklərindən birini boşaldıb.
Bununla bağlı şəhər polisi "Twitter"də məlumat yayıb.
Məlumatda deyilir: "Biz San Sebastian çimərliyini təxliyə etdik və Mülki Qvardiya tərəfindən aşkar edilən partlayıcı cihaz səbəbi ilə ərazini nəzarətə götürdük. İşçilərimizin təlimatlarına əməl edin və təsdiqlənməmiş məlumatları yaymayın".
"Mundo" nəşrinin verdiyi məlumata görə, dənizdə tapılan partlayıcı qurğu çox güman ki vətəndaş müharibəsindən qalıb.