• 3 Dekabr 2020
logo
ABŞ İran üzrə qara siyahını genişləndirib

ABŞ İran üzrə qara siyahını genişləndirib

ABŞ iki Çin və bir Avstraliya vətəndaşını, eləcə də altı Çin və bir Avstraliya təşkilatını İranla əməkdaşlığa görə qara siyahıya salıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Çin vətəndaşlarına və təşkilatlara qarşı məhdudiyyətlər İran Silahlı Qüvvələrinə yardım etdiyi iddia olunan İranın IRISL nəqliyyat şirkətinə (İran İslam Respublikası Gəmiçilik Xətləri) dəstək göstərdikləri üçün tətbiq edilib.

Maliyyə Nazirliyi bildirir ki, Avstraliya sakini Əhməd Lukman Talib və onun şirkəti “terrorçuluğa maliyyə və maddi dəstək göstərdiklərinə görə” digərləri ilə birlikdə qara siyahıya alınıblar.